Nitsa” ilə müqaviləsi başa çatan italiyalı futbolçu Mario Balotellinin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşməyib.
Korner.az-ın məılumatına görə, hücumçunun xidmətində maraqlı olan klublar var. Futbolçunun agenti Mino Rayola bildirib ki, “Marsel” və Dortmund “Borussiya”sından rəsmi təklif alıblar: “Mario “Nitsa”da qalacaqmı? Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. “Marsel” və “Borussiya”dan da rəsmi təklif almışıq”.
Agent bildirib ki, gələcəklə bağlı yekun qərarı yaxın günlərdə verəcəklər: “Balotelli möhtəşəm mövsüm keçirdi. Ancaq bundan da yaxşısını edə bilər. O, mənə güvənir və birlikdə qərar verəcəyik. Mario üçün ata kimiyəm”.
