“Marsel” – “Qarabağ” matçının hakimləri müəyyənləşib
15.02.2022 , 14:00

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, görüşü Montoneqro Futbol Federasiyasından Nikola Dabanoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Milovan Cukiç, Vladan Todoroviç (yan xətt hakimləri) və Miloş Boşkoviç (dördüncü hakim) kömək göstərəcəklər.
Xatırladaq ki, fevralın 17-də Fransada keçiriləcək “Marsel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00 başlanacaq. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.
