Fransanın “Marsel” klubu müdafiəçi Patris Evranı komandadan uzaqlaşdırıb.
Buna fransalı futbolçunun Avropa Liqasının 4-cü turunda “Gimaraynş”la oyundan əvvəl etdiyi hərəkət səbəb olub.
İsinmə hərəkəti zamanı azarkeşlərdən biri onu təhqir edib. Buna tab gətirməyən P.Evra həmin azarkeşib başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib.
