“Marsel” “Arsenal”dan istəyir
12.07.2024 , 11:51

“Marsel” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub “Arsenal”dan Evard Nketianı heyətinə cəlb etmək istəyir.
Fransa klubu futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır. London nəhəngi isə oyunçu üçün 35 milyon tələb edir.
Qeyd edək ki, Nketia 2019-cu ildən “Arsenal”da forma geyinir.
