Marmuş rəsmən “Mançester Siti”də!
23.01.2025 , 14:56

“Mançester Siti” Omar Marmuşun keçidini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, “şəhərlilər” misirli forvardı Frankfurt “Ayntraxt”ından heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, yeni komandasında 7 nömrəli formada çıxış edəcək.
25 yaşlı futbolçu ilə 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalanıb.
