Markus Türam “İnter”ə kömək edə bilməyəcək
13.10.2025 , 10:15
“İnter” hücumçusu Markus Türamın zədədən bərpası gözləniləndən uzun çəkə bilər.
Korner.az xəbər verir ki, 27 yaşlı oyunçu A Seriyasındakı “Roma” və Çempionlar Liqasındakı “Union” matçlarını buraxacaq.
“İnter” rəhbərliyi futbolçunun tam hazır olmadan meydana çıxmasını istəmir və onun 25 oktyabrda “Napoli” ilə oyuna qədər sıraya dönəcəyinə ümid edir.
Bundan əlavə, Milan təmsilçisi gənc hücumçular Anja-Yoan Bonni və Françesko Espozitonun çıxışından məmnundur. Onlar A Seriyasında birlikdə 3 dəfə fərqləniblər.