İngiltərə Premyer Liqasının 31-ci turunun dünən keçirilən “Mançester Siti” – “Mançester Yunayted” oyununda (0:1) komandasının yeganə qoluna imza atan Markus Reşford tarixə düşüb.
Korner.az-ın məlumatına görə, 18 yaş 141 günlüyündə fərqlənən Reşford Mançester derbisində fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib.
Ondan öncə bu rekord “qırmızı şeytanlar”ın hücumçusu Ueyn Runiyə məxsus idi. Runi 2005-ci ildə keçirilmiş “Mançester Siti” – “Mançester Yunayted” oyununda (0:2) fərqlənərkən 19 yaşı olub.
