Markus Reşford PSJ-ə keçə bilər
26.11.2025 , 21:12
“Barselona”da icarə əsasında çıxış edən Markus Reşford gələcəkdə Fransada oynaya bilər.
Korner.az xəbər verir ki, PSJ hücumçunu heyətinə qatmaqda maraqlıdır.
Liqa 1 təmsilçisinin baş məşqçisi Luis Enrike Reşfordun oyununu yüksək qiymətləndirir və onu komandasında görmək istəyir. PSJ 28 yaşlı ingiltərəli oyunçu üçün “Mançester Yunayted”ə 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Barselona” Reşfordu mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü kataloniyalıların heyətində 20 rəsmi oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer hüququ isə 35 milyon avroya Kataloniya klubuna keçə bilər.