“Mançester Yunayted”in futbolçusu Markos Roho ötən gecə İngiltərə Kuboku 1/4 final mərhələsində “Çelsi” ilə matçda oyun epizodlarının birində rəqib Eden Azara qarşı kobud oynayıb.
Korner.az-ın məlumatına görə, hakimin gözündən qaçan epizodda Roho Azarı taptalayıb.
İngiltərə Futbol Federasiyası hazırda məsələyə baxır və əgər təsdiq olunsa, “qırmızı şeytanlar”ın İbrahimoviçdən sonra daha bir futbolçusu diskalifikasiya olacaq. Müddət isə 5 gün olacaq.
