Marko Yankoviç yenidən ata oldu
24.11.2025 , 22:45
“Qarabağ”ın futbolçusu Marko Yankoviç ailə sevinci yaşayır.
Korner.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sosial şəbəkə hesabında ikinci dəfə ata olduğunu bildirib. Yankoviç yeni doğulan oğluna Maksim adının verildiyini qeyd edib.
Futbolçunun Niksa adlı daha bir oğlu da var.
Xatırladaq ki, 2022-ci ilin yayında “Qarabağ”a transfer olunan Yankoviç cari mövsümdə komandanın heyətində 14 rəsmi matça çıxıb və bu oyunlarda 3 qol, həmçinin 1 assistlə yadda qalıb.