Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nın futbolçusu Marko Verratti komandada qalmaq istədiyini bildirib.
Korner.az-ın məlumatına görə, Avropanın nəhəng klublarının hədəfində olan futbolçu gələcəyi haqda danışıb:
“Avropadakı ən böyük layihənin bir parçasıyam. PSJ ilə Çempionlar Liqasını qazanmaq mənim xəyalımdı”.
24 yaşlı oyunçu: “Məşqçimə çox təşəkkür edirəm. Çünki həmişə mənə şans verib. Hal-hazırda özümü yaxşı hiss edirəm. Fiziki problem və yorğunluq olmadan həftədə üç matçda oynaya bilirəm. Müasir futbolda ən əsası odur ki, fiziki cəhətdən güclü olasan”.
Xatırladaq ki, Fransa təmsilçisində 5-ci mövsümünü keçirən Marko bu mövsüm 30 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
