Almaniya millisinin futbolçusu Marko Roys yenə zədələnib.
Korner.az-ın məlumatına görə, o, Şotlandiya matçın son dəqiqəsində rəqib futbolçu ilə toqquşma nəticəsində ayağından problem yaşayıb. Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Almaniya – Şotlandiya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
