Dortmund “Borussiya”sının futbolçusu Marko Roys Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri alman mətbuatı yayıb.
Bundesliqanın son turunda “Verder”ə qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandıran hücumçu:
”Verder”lə qarşılaşmada çox əziyyət çəkdik. Qarşıdan Avroliqa oyunmuz gəlir. “Qəbələ” ilə görüş həlledici oyunlardandır. Qələbə qazansaq, qrupdan çıxmaq yolunda böyük addım atmış olacağıq. Bütün fikrimizi bu matça yönəltmişik”, – fikirlərini səsləndirib.
