“Borussiya” Dortmundun futbolçusu Marko Roys açıqlama verib.Almaniyalı futbolçu “Borussiya”dakı gələcəyindən danışıb. Hücumçu bir neçə komandanın onun xidmətində maraqlı olduğunu deyib:
“3-4 klub mənimlə maraqlanır. Gələn il 30 yaşım tamam olacaq. Yeni macəralar üçün son şanslarımdandır. Dürüst olmaq lazımdırsa, növbəti mövsüm harada olacağımı bilmirəm”.
Roys 2012-ci ildən “Borussiya”da çıxış edir. O, zədə səbəbindn bu mövsüm oynamayıb.
