Marko Deviç “Sabah”da – RƏSMİ
17.01.2020 , 00:53

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib.
Korner.az xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç mövsümün sonuna kimi paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Məlumatı klubun saytı yayıb.
Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko komandanın Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.
Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.
Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.
