Marko Asensio “Real”da qalmaq istəyir
16.05.2023 , 18:58
“Real Madrid”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Marko Asensio klubdakı gələcəyi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, futbolçunun Madrid təmsilçisində xoşbəxt olduğu və klubda qalmaq istədiyi bildirilir,
27 yaşlı oyunçu “Real”la müqaviləsini uzatmaq fikrindədir. Asensio yoluna İspaniya nəhəngi ilə davam etmək istəyir.