Marko Asensio PSJ-yə keçir
05.06.2023 , 16:36

“Real Madrid” ilə yollarını ayıran Marko Asensio PSJ ilə müqavilə imzalamağa hazırlaşır.
Korner.az xəbər verir ki, futbolçu klubla danışıqlarda şifahi razılığa gəlib.
Asensio Fransa təmsilçisi ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq.
Marko Asensio “Real”la vidalaşdıqdan sonra gələn həftə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Bu mövsüm Madrid klubunda 49 oyun keçirən 27 yaşlı futbolçu 12 qol vurub, 8 məhsuldar ötürmə edib.
Mina Musayeva
