Markizionun evinə silahlı basqın
30.10.2019 , 17:59

“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio silahlı qarətə məruz qalıb.
Korner.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Futbolçunun evi 4 nəfər tərəfindən qarət olunub.
Soyğunçular Markizionu və həyat yoldaşını silahla hədələyiblər. Bundan sonra, futbolçu pul və qiymətli əşyalarını onlara vermək məcburiyyətində qalıb.
