Markizio futbola qayıdır?
18.10.2019 , 20:59
Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Klaudio Markizio yenidən futbola qayıda bilər.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi İtaliyanın V divizion təmsilçisi “Çizol”la müqavilə imzalamağa yaxındır.
Klubun prezidenti Luk Atsoriylə yaxşı əlaqələri olan Markizionun danışıqlar apardığı bildirilir.