"BVakı"nın yeni transferi Marius Pena ilk "altılıq" şanslarını dəyərləndirib.
Paytaxt klubunun yeni transferi Korner.az-a açıqlamasında meydana çıxdığı üç oyunda vurduğu iki qoldan da danışıb:
"Bakı" yaxşı komandadı. Bizim mehriban kollektivimiz var. İlk "altılıq" şanslarımıza gəldikdə isə hələ bizim qarşıda üç oyunumuz. Bu oyunlarda maksiumum xal toplamaqla ilk "altılıq"a vəsiqə qazana bilərik. Təbii ki, bunun üçün rəqiblərimiz də xal itirməlidi. Biz bu yarışdan qopmayacağıq. Sona kimi mübarizəmizi aparacağıq. Öz çıxışım isə ilk gündən uğurlu alınıb və inanıram ki, qarşıdakı oyunlarda da vurduğum qollarla "Bakı"ya xal və ya xallar qazandıra biləcəm".