"Bakı"nın hücumçusu Maris Verpakovskis "Neftçi" – "Bakı" oyunundan sonra Korner.az-a müsahibəı verib
– Bu gün Azərbaycan kubokunu qazandız. Bu barədə ne deyərdin?
Qələbə bizə daha çox lazım idi. Çünki çempionatda uğursuz çıxış etmişdik. Gücümüzə inanaraq oynadıq. Oyunumuz alındı.
– Premyer Liqada qeyri-stabil oyun nümayiş etdirdiz. Avroliqada nəyə ümid edirsiz?
– Qruplara düşə biləcək gücdəyik. Ümid edirəm ki, biz bunu bacaracığıq.
–
-Yaxşı təklif alacağın halda klubunu dəyişməyin mümkündümü?
– Transfer təklifləri var. Ancaq mən “Bakı” da qalmağa üstünlük verəcəm.
– Hansı klublardan təklif gəldiyini deyə bilərsən?
– Rəsmi təklif olmadığından bir söz deyə bilmərəm.
– Oyundan öncə “Neftçi”nin oyunu “Bakı”ya verəcəyi deyilirdi…
– Elə bir şey mümkün deyil. Özünüz də gördünüz ki, “Neftçi” sona qədər mübarizə apardı. Bunlar boş söhbətlərdi.
– Starkovun rəhbərliyi altında oynamaq rahat idi yoxsa Novruz Əzimovun?
– Bu yaxşı sual deyil. Mənim üçün heç bir fərqi yoxdu. Mən mənə tapşırılan işi görürəm.
Səxavət QURBANOV