Mario Götzenin yeni klubu müəyyənləşdi
07.10.2020 , 19:38

“Borrusiya”dan (Dortmund) ayrılan Mario Götzenin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, futbolçu karyerasını PSV-də davam etdirəcək. 28 yaşlı yarımmüdafiəçi Niderland klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Götze geridə qalan mövsüm Budesliqada 15 matça çıxaraq, 3 qol vurub.
