Mariano Diaz “Betis”ə transfer oluna bilər
26.01.2019 , 10:25

Madrid “Real”ının hücumçusu Mariano Diaz komandasını dəyişə bilər. “Kral klubu” futbolçunu mövsüm sonuna kimi icarəyə verməyi düşünür.
Bu bardə Sport.es nəşri yazıb. Diazla “Betis” klubu maraqlanır. İspaniyalı futbolçu oyun praktikasının çoxalması üçün “Betis”ə keçidə isti baxır. Tərəflər arası razılıq olsa, Diaz komandasını dəyişəcək.
Diaz bu mövsüm “Real”ın heyətində 5 oyuna çıxıb və hələ fərqlənə bilməyib
