big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Marafon” teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı – FOTOLAR

24.12.2021 , 11:23

Teqbal üzrə ilk Azərbaycan Kuboku başa çatıb.

Azərbaycan Futnet Federasiyasının dəstəyi və yeni təsis edilən Azərbaycan Teqbal Federasiyanın təşkilatçılığı ilə 22 dekabrda start götürən turnirdə 12 komanda iştirak edib.

4 qrupda ilk iki sıranı tutan cütlüklər Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yüksələrək mübarizəni 23 dekabrda davam etdirib.

“Marafon” İdman Komplesinin zalında keçirilən yarışda yarımfinala”Gənclərbirliyi 1″-i məğlub edən “Marafon”, “Xilə”dən üstün olan “Bakı”, “Qarabağ”ı mübarizən kənarlaşdıran “Adaş” və “Meqa”nı keçən “Keşlə” yüksəlib.

İki gün davam edən edən turnirin yarımfinalında idmansevərlər gərgin mübarizənin şahidi olub. Belə ki, heyətində bir zamanlar Azərbaycanın müxtəlif yaş qrupları üzrə futbol yığmalarının şərəfini qoruyan, hətta bir dönəm məşhur “Porto”ya cəlb edilən Orxan Əliyevin çıxış etdiyi “Adaş” Bahadur Həziyevli “Keşlə”yə ancaq 3-cü setdə məğlub olub. Digər yarımfinal matçında isə kubokun favoritlərindən olan “Marafon” “Bakı”nı sıradan çıxarıb.

İlk Azərbaycan Kubokunun final qarşılaşmasında üz-üzə gələn “Keşlə” ilə “Marafon”un duelindən isə heyətində Fəyar Hüseynov və Comərd Baxşəliyev olan ikincilər qalib ayrılaraq trofeyi başları üzərinə qaldırıb. Maraqlı idman mübarizəsinə səhnə olan görüş zamanı Fəyar Hüseynov ikinci setin sonlarına yaxın braziliyalı ulduz Ronaldinyoya xas olan üslübda zərbə endirərək komandasını uğura daşıyıb.

Turnirin açılış və bağlanış mərasimlərinə təşrif buyuran Gənclər və İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov çıxışlarında Azərbaycanda teqbal idman növünün yaranmasının ölkə idmanına verəcəyi töhfədən, bu növü inkişaf etdirməyin vacibliyindən və dövlətin bütün sahələrə dəstəyindən bəhs edib.

Qeyd edək ki, turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara Azərbaycan Teqbol Federasiyası tərəfindən pul mükafatları, kubok, medal və diplomlar təqdim edilib. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunub.

 

Son yazılar

To Top