“Marafon” – “Araz” oyununun yeri dəyişdirildi
28.02.2020 , 15:14

Futzal üzrə yüksək liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Marafon” – “Araz” oyununun məkanı dəyişdirilib.
Qarşılaşma əvvəlcədən elan olunduğu kimi “Olimpik Star”da deyil, Bakı İdman Sarayında keçiriləcək.
Martın 2-də saat 14:00-da keçiriləcək görüş CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Fevralın 20-də bu komandalar arasında keçirilmiş oyun hakimlərin yanlış qərarı üzündən yarımçıq dayandırılmışdı.
