Maradonanın yeni klubu bəlli oldu
06.09.2019 , 12:49

Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın işsiz günləri başa çatıb.
58 yaşlı mütəxəssis ölkəsinin “Ximnasiya” klubunu çalışdıracaq. Maradona ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
“Ximnasiya” hazırda Argentina Super Liqasında sonuncu – 24-cü yeri tutur.
