Argentinanın əfsanə futbolçusu Dieqo Armando Maradona "Mançester Yunayted"in baş məşqçisi Lui Van Qaalı sərt tənqid edib.
Korner.az-ın məlumatına görə, Maradona Van Qaalın Radamel Falkaodan düzgün istifadə etməsinə münasibət bildirib.
"O, yaxşı insan deyil. Daha çox şeytana bənzəyir. Falkao Fransadan gəlmişdi. Həm də zədələrlə boğuşurdu. Ona biraz zaman vermək lazım idi. Çünki İngiltərəyə adaptasiya olmaq çətindir."
Qeyd edək ki, Kolumbiya millisinin futbolçusu Radamel Falkao mövsüm sonunda "qırmızı şeytanlar"dan ayrıla bilər.
