Dünya futbolunun ən məşhur simalarından olan Dieqo Armando Maradona “Barselona”nın yeni transferi Neymarın oyununa heyran qaldığını deyib.
Korner.az-ın xarici mətbuata istinadən məlumatına görə, o bildirib ki, Kataloniya klubu 21 yaşlı braziliyalının əzələ kütləsinin artırılması üzərində əbəs yerə iş aparmamalıdı.
“Bu futbolçunu qorumaq lazımdı. O, bədənini necə idarə etməli olduğunu yaxşı bilir. Ümid edirəm, “Barselona”da onu bodibilder olmağa məcbur etməzlər. Neymara sadəcə futbol oynamaq lazımdı”, – deyə Maradona söyləyib.
