Argentina yığmasının sabiq baş məşqçisi və futbol dünyasının canlı əfsanəsi Diyeqo Armando Maradonanın yeni iş yeri məlumdu.
Korner.az-ın məlumatına görə, Maradona bundan sonra İraq millisini çalışdıracaq. İraq Futbol Federasiyası bu cür təkliflə Maradonaya müraciət edib və o da bu təklifə razılıq verib.
Argentinalı ilə 2 illik müqavilə imzalamağa hazırlaşan İraq Futbol Federasiyası Maradonanın qarşısına İraqı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına çıxarmaq tapşırığı qoyub.
