Maradona Ronaldonun sözlərinə sərt reaksiya verib
Futbol dünyasının canlı əfsanəsi Maradona Ronaldonun “Tarixin ən yaxşı futbolçusuyam” sözlərinə sərt reaksiya göstərib: “Ronaldo deyib ki, dünyanın ən yaxşı futbolçusudu? Ona deyin ki, gic-gic danışıb camaatı bezdirməsin”.
Xatırladaq ki, 5-ci dəfə Qızıl top mükafatını qazanan Ronaldo Fransa mətbuatına açıqlamasında bildirmişdi ki, özünü dünyanın ən yaxşı futbolçusu hesab edir.
