Maradona qadağanı pozdu – stadionda siqar çəkdi
17.06.2018 , 13:03
Əfsanəvi Dieqo Maradona tətbiq olunan qadağaya baxmayaraq, DÇ-2018-in matçında stadionda siqar çəkib.
Bu, dünən keçirilən Argetina – İslandiya görüşü zamanı baş verib.
“Bu gün argentinalılar üçün ağır gün idi. Start oyunu səbəbindən həyəcan vardı. Mən həqiqətən siqaret qadağasından məlumatsız idim. Hamıdan və turnirin təşkilatçılarından üzr istəyirəm.
İrəli, Argentina! Gəlin, bizim uşaqları heç vaxt olmadığı qədər dəstəkləyək” – o, Tvitterdə yazıb