Maradona prezidentlə görüşdü
28.12.2019 , 20:55

Oktyabrda dünyanın ən qədim (1887) klublarından sayılan “Ximnasiya”ya baş məşqçi təyin olunmuş Dieqo Maradona Argentina prezidenti Alberto Fernandesin qonağı olub.
Korner.az xəbər verir ki, görüş ölkə başçısının Kasa-Rosadakı iqamətgahında baş tutub.
Dünya futbolunun 59 yaşlı canlı əfsanəsi görüşdən sonra prezidentə La Plata klubunun formasını hədiyyə edib.
