Maradona Meksika klubunda qaldı – məzuniyyətdə imiş
04.01.2019 , 21:18

“Dorados”un baş məşqçisi Dieqo Maradona Meksika klubunda qalacaq.
Bu barədə argentinalı mütəxəssisin agenti Matias Morla özünün “Tvitter” hesabında yazıb. O bildirib ki, Maradona məzuniyyəti bitdikdən və tibbi müayinədən keçdikdən sonra klubun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Maradonanın dekabrın sonlarında “Dorados”un düşərgəsini klub rəhbərliyinə bildirmədən tərk etdiyi iddia olunurdu. Komandanı hazırda fiziki hazırlıq üzrə mütəxəssis Xose Alter çalışdırır.
