Argentinanın yaşayan futbol əfsanəsi Dieqo Armando Maradona İtaliyanın AVRO-2012-nin yarımfinalında Almaniyanı məğlub edəcəyinə inanır.
Korner.az-ın məlumatına görə, favoritinin İtaliya olduğunu bildirən Maradona, Prandellinin komandasını daha şanslı hesab edib:
"Əgər "alman maşını"nda bir problem varsa o da müdafiədə ola bilər. Yunanıstan ilə oynanılan matçda Samaras və Salpinqidisin qol vurdu. Yunanlar iki qol vura bildisə İtaliyanlar bunu daha çox bacarar. Kssano və Balotelli bir-birlərini yaxşı başa düşürlər. İtaliyanlar Balotellidən qol gözdəməlidirlər".
