Maradona ilə yeni müqavilə
04.06.2020 , 16:21

Argentinanın “Ximnasiya” klubu baş məşqçisi Dieqo Armando Maradona ilə müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə yeni bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Ximnasiya” Maradonanın rəhbərliyi altında keçirdiyi 18 oyunun 6-da qalib gəlib.
