Argentina futbolunun əfsanəsi sayılan Dieqo Maradonanın bankdan 9 milyon dolların yoxa çıxması hələ də müəmalı qalır.
Korner.az-ın məlumatına, veteran futbolçu pul oğurluğunda ilk həyat yoldaşı Klaudiya Vilyafanyanı ittiham edir.
Argentinalı mütəxəssis 20 il bir yerdə yaşadığı xanımının bu işdə əli olduğunu iddia edib:
“Onun mənə xəyanət edəcəyini gözləməzdim. Yəqin ki, gec-tez günahkar tapılacaq. Əgər bu məsələdə həyat yoldaşımın əli olsa, onu həbsxanaya atdıracam”.
