Argentina millisinin və dünyanın ən güclü futbolçularından olmuş Dieqo Armando Maradona FİFA rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib.
Korner.az-ın məlumatına görə, canlı əfsanə futboldakı irqçilik problemindən danışarkən əsas günahkar qismində FİFA-nı görüb.
“İrqçilik problemindən söz düşəndə mənim ağlıma FİFA-nın 95 yaşlı ağılverənləri düşür. Və sual verirəm: bu adamlar avtomobil idarə edə bilmirlərsə, hər hansı məsələni necə real qiymətləndirə bilərlər? Onlar bizneslərini qurduqları yerdə futbolçu və ümumiyyətlə, canlı insan görmək istəmirlər”.