Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona FİFA prezidenti Yozef Blatteri rüşvətxor adlandırıb.
Korner.az-ın məlumatına görə, o, Blatteri korrupsionerlikdə günahlandırıb. İttiham Blatterin 5-ci dəfə FIFA prezidentliyinə namizədliyi ilə əlaqədardı. Maradona açıqlamasında belə danışıb:
“Blatter böyük nüfuza malikdi. Baxmayaraq ki, o bütün ömrü boyu bir dəfə də topa toxunmayıb. İordaniya şahzadəsindən başqa heçkim onunla bacara bilməz”.
FİFA prezidentliyinə seçkilər 29 mayda keçiriləcək.
