Maradona Argentina yığmasını tənqid edib
25.03.2019 , 15:51

Argentina millisinin əfsanəvi futbolçularından hesab edilən Dieqo Armando Maradona verdiyi müsahibə ilə gündəmi yenidən zəbt edib.
58 yaşlı Maradona Argentina millisinin məsuliyyətsiz şəxslər tərəfindən idarə edildiyini iddia edir.
“Argentina xalqına görə məyus oluram. Çünki onlar hələ də millinin daha da yaxşı olacağına inanırlar. Amma millini hazırda məsuliyyətsiz insanlar idarə edir.”
Qeyd edək ki, Argentina yoxlama görüşündə Venesuela millisinə 1:3 hesabı ilə məğlub olub.
