Maradona 28 yaşlı sevgilisinə evlilik təklif edib və …
27.07.2018 , 16:50

Dünya futbolunun yaşayan əfsanəsi Dieqo Maradona növbəti dəfə evlənir
Gənc sevgilisi Rosio Olivyeyə 28-ci yaş günündə evlilik təklif edən Maradona “hə” cavabı alıb. Cütlüyün yaxın günlərdə evlənəcəyi bildirilir.
Qeyd edək ki, bu, Maradonanın Olivyeyə etdiyi ilk evlilik təklifi deyil. Belə ki, sevgililər 2014-cü ildə də evlənməyi planlaşdırmışdı, lakin Maradonanın Olivyedən polisə şikayət etməsiylə münasibət qalmaqallı şəkildə sona çatmışdı. Çünki Maradona iddia edirdi ki, Olivye Maradonanın qızıllarını oğurlayıb. Lakin o, sonra şikayətini geri götürmüşdü.
