Maradona 1,5 ay əvvəl təyin olunan məşqçini göndərdi
12.08.2018 , 16:20

Brestin “Dinamo” klubu baş məşqçisi Aleksey Şpilevski ilə yolları ayırıb.
Şpilevski bu vəzifəyə ay yarım əvvəl – iyunun 29-da təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 7 oyundan 2-də qalib gəlmiş, 3-də heç-heçə etmiş, 2-də isə uduzmuşdu.
Bundan başqa, komandanın rəisi Yuri Savçenko da istefaya göndərilib.
Xatırladaq ki, “Dinamo”nun klubunun direktorlar şurasına əfsanəvi futbolçu Dieqo Maradona rəhbərlik edir.
