Maradona əməliyyat olundu
04.11.2020 , 18:52

Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradona əməliyyat olunub.
Korner.az xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən 60 yaşlı mütəxəssis ötən gecə təcili əməliyyata götürülüb.
Xroniki subdural hematoma diaqnozu qoyulan məşqçinin əməliyyatı uğurlu keçib. Onun durumunun yaxşı olduğu bildirilir.
