Maqaye Qeye: “Bu, axmaqlıqdır”
07.10.2019 , 00:23
Qarabağ”ın hücumçusu Maqaye Qeye Premyer Liqanın VII turunda “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Korner.az xəbər verir ki, hücumçu “Qarabağ”ın çempionatdakı çıxışı barədə suallara cavab verib.
– Ardıcıl 7-ci qələbəni qazandınız. Çempionat darıxıdırıcı deyil?
– Xeyr, deməzdim ki, darıxıdırıcı və bezdiricidir. Rəqiblər “Qarabağ”a qarşı fərqli əhval-ruhiyyədə çıxır. Çətinliyi hiss edirik. Qalib gəlsək də, buna asanlıqla nail olmuruq.
– “Qarabağ” bu mövsüm asanlıqla çempion olacaq?
– Belə düşünmürük. Özünü məcbur etməsən, istəyinə nail ola bilmərsən. Əgər büdrəsək, digər komandalar fürsətdən istifadə edib bizi qabaqlaya bilər.
– Çempionatda neçə qol vurmağı hədəf qoymusan?
– Xüsusi hədəfim yoxdur. Daha çox komandaya kömək etməyə çalışıram. Qol vururamsa, daha da yaxşı haldır. Hədəfim gördüyüm işlə komandaya kömək etməkdir.
– Avropa Liqasında “Düdelanj”la görüşdəki təxribatla bağlı fikirlərinizi bildirərdin.
– Bu, axmaqlıqdır. Nə deyim? Belə şeylər qəbul edilməzdir.