“Bavariya” (Münhen), “Şalke-04” və “Volfsburqu çalışdırmış Feliks Maqat özünün iş prinsipi barədə açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, dəmir intizamı ilə tanınan Maqat futbolçusunun hətta pivə içməsinə də icazə verə biləcəyini deyib.
“Əgər futbolçum mənə deyirsə ki, axşamkı oyundan əvvəl əylənməyə icazə versəm oyunda qol vuracaq, ikiəlli razılaşaram. Hətta yaxşı oynamaq üçün 5 bokal pivə içmək istəsə, alıb verərəm. Belə şeyləri heç vaxt problem etməmişəm. Uğur qazanırsansa, qalan hər şey önəmsizdir”, – deyə qocaman baş məşqçi bildirib.
