Manuel Noyerin Almaniya millisinə qayıdışı gündəmdə
12.11.2025 , 10:30
“Bavariya”nın apıçısı Manuel Noyerin Almaniya yığmasına qayıtma ehtimalı yenidən gündəmə gəlib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının bəzi rəsmiləri baş məşqçi Yulian Naqelsmannı 39 yaşlı qolkiperin adını 2026-cı il dünya çempionatı üçün namizədlər sırasında nəzərdən keçirməyə çağırıblar.
Noyerin milliyə dönüşü yalnız iki halda mümkün ola bilər: əgər Mark-Andre ter Ştegen “Barselona”da və ya başqa klubda yetərincə oyun təcrübəsi qazanmasa və Naqelsmann şəxsi olaraq onun yenidən yığmaya dönməsini dəstəkləsə.
Təcrübəli futbolçu gələn ilin martında 40 yaşını qeyd edəcək. Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyun–iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək.