Maneyə 20 milyon qiymət qoyuldu
11.07.2023 , 10:56

Sadio Mane “Bavariya”da xoşbəxt deyil.
Korner.az-ın məlumatına görə, seneqallı futbolçu bu səbəbdən Münhen klubundan getməkdə qərarlıdı.
Almaniya nəhəngi futbolçuya 20 milyon qiymət qoyub. Hansı komanda Maneni heyətinə qatmaq istəyirsə 20 milyon avro ödəmək məcburiyyətindədi.
