Manenin evi yağmalandı
21.02.2019 , 17:30

“Liverpul”un futbolçusu Sadio Manenin evi yağmalanıb.
Hadisə “Liverpul”un ÇL-də “Bayern”lə ev matçı günü baş verib. Fevralın 19-u evə girən quldurlar mobil telefonlar, saat, maşın açarları və digər şeylər oğurlayıblar.
Qeyd edək ki, Manenin evi 2017-ci ildə də “Liverpul”un ÇL-də “Maribor”la qarşılaşdığı gündə də soyulmuşdu.
