Mane yenə diqqət mərkəzində
18.03.2020 , 10:42

“Liverpul”un ulduz futbolçusu Sadio Mane ölkəsi Seneqala növbəti dəfə pul yardımı edib.
Korner.az-ın məlumatına görə, o, koronavirus pandemiyası ilə mübarizə aparan Seneqal xəstəxanalarına 41 min avro bağışlayıb.
Qeyd edək ki, Mane daha öncə verdiyi müsahibədə bildirmişdi ki, “Liverpul” Premyer Liqa qalibi olsa Seneqalda yeni stadion tikdirəcək.
