“Liverpul”un və Seneqal millisinin yarımmüdafiəçisi Sadio Mane “Real”a transfer olmaq ehtimalı barədə danışıb.
26 yaşlı futbolçu “Liverpul”da xoşbəxt olduğunu söyləsə də, ayrıla biləcəyini də deyib:
“Liverpul”da xoşbəxtəm və 3 illik kontraktım var. Ancaq nə olacağını bilmirik. Kuboklar qazanmaq istəyirəm. Xüsusilə də Çempionlar Liqasını. Lakin dünya çempionatına köklənmişəm. Üzərimdə təzyiq hiss etmirəm. Özümü Seneqalın superulduzu qismində görmürəm. Komandanın bir parçasıyam”.
Mane 2016-cı ildə 34 milyon funt-sterliq qarşılığında “Liverpul”a “Sauthempton”dan keçmişdi.
