Mane “Çelsi”yə keçir?
10.05.2023 , 18:39

2022-23 mövsümündən əvvəl “Bavariya” ilə 3 illik müqavilə imzalayan Sadio Mane Bundesliqa təmsilçisi ilə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, “Çelsi” Sadio Maneyə təklif göndərməyi planlaşdırır.
31 yaşlı futbolçunun da Premyer Liqaya qayıtmaq istədiyi bildirilir.
Sadio Mane bu mövsüm “Bavariya”nın heyətində 36 oyuna çıxıb və 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
